Azərbaycanda bu şəxslərin maaşları artırıldı

Azərbaycanda bu şəxslərin maaşları artırıldı
SOSİAL
20:31 11.01.2023
1118
"Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 2023-cü il yanvarın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Əməkhaqqı artımı tibbi və qeyri-tibbi personalı əhatə edəcək.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 97 215 işçi çalışır.
OXŞAR XƏBƏRLƏR