Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO
SOSİAL
10:28 29.01.2023
3348

Tanınmış klarnet ifaçısı Hacı Həmidoğlu vəfat edib.

AZXEBER.COM-un məlumatına görə, Hacı Həmidoğlu 67 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Azərbaycan klarnet ifaçılığı sənətində kifayət qədər tanınıb sevilən sənətçilərdən biri də Hacıbaba Məhərrəmov - Hacı Həmidoğlu olub. 40 ilə yaxındır ki, milli musiqimizin təbliğində saysız uğurları olan Hacı Həmidoğlu bu illər ərzində dünyanın otuzdan artıq ölkəsində - Fransa, Almaniya, İsveç, Kanada, Türkiyə, Bolqarıstan, Vyetnam, Misir və digərlərində qastrol səfərlərində olmuş, klassik muğam, milli rəqs və xalq mahnılarımızı layiqincə təmsil etmişdir.

 

 

 


 

OXŞAR XƏBƏRLƏR