Lerikdə zəlzələ oldu

Lerikdə zəlzələ oldu
SOSİAL
11:55 22.02.2023
266
Lerik rayonunda zəlzələ olub.

Bu barədə AZXEBER.COM-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə qeydə alınıb.

Maqnitudası 3.1, dərinliyi 27 km olan zəlzələ hiss edilməyib.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 06:25-də İmişli rayonunda da zəlzələ olub.
OXŞAR XƏBƏRLƏR