Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub
SOSİAL
11:23 12.03.2023
109

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Əmiraslanov Əli Azad oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR