Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib
SOSİAL
13:34 01.04.2023
126

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 2 minik avtomobili Laçından Xankəndi, 1 yük avtomobili isə Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 6-ya çatıb.

OXŞAR XƏBƏRLƏR