Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib
SOSİAL
12:34 02.04.2023
99
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 2 minik və 16 yük avtomobili Xankəndidən Laçın istiqamətə maneəsiz hərəkət edib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bundan əvvəl isə Rusiya sülhməramlılarına məxsus daha 7 avtomobil yolda maneəsiz hərəkət ediblər.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 27-yə çatıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR