Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Vilayət Eyvazovdan YENİ TƏYİNAT
SOSİAL
21:57 07.04.2023
306
Zaqatala Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Elşən Ramazanov Zaqatala Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, E.Ramazanov bundan əvvəl Zaqatala Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib.
OXŞAR XƏBƏRLƏR