Əməkdar artistə ağır itki üz verdi - FOTO

MƏDƏNİYYƏT
11:33 15.04.2023
3140
Əməkdar artist Bəsdi Sevdiyevaya ağır itki üz verib.

Sənətçinin həyat yoldaşı Oqtay Axundov dünyasını dəyişib.

Bu barədə BAKU.WS-ə açıqlama verən Sevdiyeva ərinin Türkiyədə vəfat etdiyini bildirib:

"Əvvəl şəkər xəstəsi idi. Sonra da qaraciyərində xəstəlik başq qaldırdı və vəfat etdi. Onun bu xəstəliyinin olmağını 20 gün əvvəl bilmişik. Çox yaxşı idi. Xəstəlikdən əvvəl müayinələrə getdi. Sonra oğlum onu Türkiyəyə apardı. Ötən gün gecə orada keçinib. Nəşini Türkiyədən bu gün gətirəcəklər. Yəqin ki, gecə gəlib çatarlar."
Qeyd edək ki, Əməkdar artist Bəsdi Sevdiyevayanın həyat yoldaşı Oqtay Axundov Azərbyacanın tanınmış filologiya elmləri doktoru, professor Nazim Axundovun oğludur. 

 


OXŞAR XƏBƏRLƏR