Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?
SOSİAL
17:46 20.04.2023
160
Bayram günlərində Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, aprelin 21-24-də Bakıda və Abşeron yarımadasında bayram günlərində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Aprelin 21-də günün ikinci yarısında qısamüddətə şimal küləyinin güclənəcəyi gözlənilir. 22-24-də isə mülayim cənub küləyi əsəcək. Aprelin 21-i şimal küləyinin güclənməsi ilə əlaqədar havanın bir qədər sərinləşəcəyi, sonrakı günlərdə isə havanın maksimal temperaturunun 14-19°, 21, 23, 24-də 20-25° isti olacağı gözlənilir.

Naxçıvan bölgəsində aprelin 21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 22-si gündüzdən 24-ü axşamadək yağıntılarda fasilə olacağı, hava şəraitinin sabitləşəcəyi gözlənilir. 24-ü axşam hava şəraitinin yenidən dəyişəcəyi, arabir yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 15-20°, bəzi yerlərdə 23-25° isti olacaq.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində aprelin 21-22-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 23-24-də gündüz hava şəraitinin nisbətən sabitləşəcəyi, yağıntılarda fasilə olacağı gözlənilir. 24-də axşam hava şəraitinin bəzi rayonlarda yenidən yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın maksimal temperaturu 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq.

Gəncə-Qazax zonasında aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 23-24-də gündüz hava şəraitinin nisbətən sabit olacağı, lakin əsasən axşam saatlarından bəzi yerlərdə yenidən qısamüddətli yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın maksimal temperaturu 18-23, bəzi yerlərdə 25°-dək isti olacaq.

Balakən-Şəki bölgəsində aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 22-si gündüz yağıntılar tədricən kəsiləcək, hava şəraiti mülayimləşəcək, 23-24-də gündüz əsasən yağmursuz keçəcək. Lakin 24-ü yenidən axşam saatlarında hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.

Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın maksimal temperaturu 15-20° isti olacaq.

Quba-Qusar bölgəsində aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 22-si gündüz yağıntılar tədricən kəsiləcək, hava şəraiti mülayimləşəcək, 23-24-də gündüz əsasən yağmursuz keçəcək. Lakin 24-ü axşam yenidən hava şəraitinin qısamüddətli dəyişəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın maksimal temperaturu 13-18° isti olacaq.

Mərkəzi Aran bölgəsində bayram günlərində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın maksimal temperaturu 20-25° isti, bəzi yerlərdə 25°-dək isti olacaq.

Lənkəran-Astara bölgəsində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i gündüzdən 22-si gündüzədək havanın dəyişəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu 18-23° isti olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu