İranın Məşhəd şəhərində 4.9 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Bildirilib ki, zəlzələnin episentri Məşhəd şəhərindən 45 km cənubda, ocağı isə 8 km dərinlikdə yerləşib.
Qeyd edək ki, tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Mikayıl