Rusiya Xarici İşlər Nazirliyi Polşanın Moskvadakı müvəqqəti işlər vəkili Yaçek Sladevçkini Xarici İşlər Nazirliyinə çağıraraq nota verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Polşanın Varşava Bələdiyyəsinin Rusiyanın Varşavadakı səfirliyi tərəfindən orta məktəb kimi istifadə edilən binanı ötən şənbə günü ələ keçirməsindən sonra Rusiya Xarici İşlər Nazirliyi Polşanın Moskvadakı müvəqqəti işlər vəkili Yaçek Sladevçkini Xarici İşlər Nazirliyinə çağırıb.
20 dəqiqəlik görüşdən sonra tərəflər heç bir açıqlama verməsə də, Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina müvəqqəti işlər vəkili Sladewckinin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.
Rusiyanın Varşavadakı səfiri Siergiej Andriejew məktəb binasının müsadirə olunması ilə əlaqədar bu gün Polşa Xarici İşlər Nazirliyinə etiraz notası verildiyini açıqlayıb.
Qeyd edək ki, iki ölkə arasında sonuncu böhran Varşava Bələdiyyəsinin 1953-cü ildə Sovet İttifaqının Varşavadakı səfirliyinə Polşa Milli Müdafiə Nazirliyi tərəfindən pulsuz və müddətsiz istifadəyə verilmiş binanı geri alması ilə başlayıb. Varşava Bələdiyyəsi Rusiya Federasiyası Səfirliyi əməkdaşlarının və hərbi qulluqçuların övladlarının orta məktəb təhsili aldığı Kieleçka küçəsi 45 ünvanındakı binanın müqaviləsini uzatmayıb və 2010-cu ildə səfirlikdən binanın boşaldılmasını istəyib.
Mikayıl