Bakıda 15 yaşlı qız itkin düşdü

Bakıda 15 yaşlı qız itkin düşdü
SOSİAL
13:56 10.05.2023
124
Bakıda yeniyetmə qız itkin düşüb.

Hadisə Binəqədi rayonu, Ş.Məmmədova küçəsində qeydə alınıb.

Anası Gülşən Tapdıq qızı Allahverdiyeva polisə ərizə ilə müraciət edib. O, 15 yaşlı qızı Mədinə Ramin qızı Əliyevanın mayın 9-da axşam saatlarında evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR