İranda daha 3 nəfər edam edildi - SƏBƏB

İranda daha 3 nəfər edam edildi - SƏBƏB
DÜNYA
11:30 19.05.2023
168
İranda nümayişlər zamanı təhlükəsizlik qüvvələrini öldürməkdə ittiham olunan 3 nəfər edam edilib.

AZXEBER.COM xəbər verir ki, İranda Mahsa Əmini nümayişləri zamanı İsfahan vilayətində 3 mühafizəçinin öldürüldüyü hadisədə "dövlətə qarşı müharibə aparmaq" ittihamı ilə təqsirli bilinərək edam cəzasına məhkum edilən 3 müttəhimin hökmü icra edilib.

İsfahan şəhərinin Hane rayonunda təhlükəsizlik qüvvələrinə hücumun səbəbkarı olduqları iddiası ilə edam cəzasına məhkum edilən Salih Mirhaşimi, Məcid Kazimi və Səid Yakubi edam edilib. Edam edilən məhbusların ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatı ilə əlaqəli olduğu iddia edilib.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında İranda 22 yaşlı Mahsa Əmininin polis nəzarətində ölməsindən sonra ölkə daxilində etirazlar başlayıb. 

Ayşən
OXŞAR XƏBƏRLƏR