Yerin yaxınlığından asteroid keçəcək

Yerin yaxınlığından asteroid keçəcək
MARAQLI
19:55 09.06.2023
443
İyun ayının 12-də (488453) 1994 XD asteroidi Yerə maksimum yaxınlaşaraq 3 mln km məsafədən keçəcək.

Bu barədə AZXEBER.COM-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Asteroid 1 dekabr 1994-cü ildə Kit-Pik rəsədxanasında aşkar olunub. O, Apollonlar ailəsinə aid asteroiddir. Bu asteroidlər Yerətrafı asteroid qrupu olub, Günəşə Yerdən daha çox yaxınlaşırlar və orbitləri Yer orbitinə daxil olur. Asteroid perihelidə Veneranın orbitini də keçərək Günəşə 90 mln km yaxınlaşır. Afelidə isə Marsın da orbitini ötərək Günəşdən 630 mln km uzaqlaşır.

Qeyd edək ki, ölçüsü 600-800 km olan (488453) 1994 XD asteroidi Günəş ətrafında 3.59 ilə (1313 Yer sutkası), öz oxu ətrafında isə 3 saata fırlanır. Asteroidin 2005-ci ildə ölçüsü 150 m olan kiçik peykinin də olması məlum olub. Peyklə asteroidin arasındakı məsafə 200 m-dir və peyk asteroidin ətrafında 18 saata dövr edir. (488453) 1994 XD-ün orbit müstəvisi Yerin orbit müstəvisi ilə ~4o-lik bucaq əmələ gətirir və 18 ildən bir Yerə ən yaxın məsafədən keçir (~3 mln km). Asteroidin belə yaxınlaşması onun ölçüsünün dəqiq
təyin olunmasına və səthinin relyefinin xəritələşdirilməsinə şərait yaratmış olur.

Asteroid iyunun 12-si Bakı vaxtı ilə saat 02:53-də gecə göyünün şimal yarımkürəsində Qu bürcündən Sefey bürcünə keçəcək. ~14m vizual ulduz ölçüsünə malik asteriodi orta ölçülü teleskopda belə müşahidə etmək çətin olacaq. Hesablamalar göstərir ki, asteroidin Yerlə toqquşması ehtimalı 2174-cü ilə kimi demək olar ki, 0-a yaxındır. Asteroid Yerə nəzərən sürətlidir və onun sürəti 21 km/san-dir. Bu səbəbdən Yerin cazibəsinə düşmək ehtimalı olmadığına görə, planetimizin yaxınlığından təsirsiz ötüb keçəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
18:06 18.10.2026
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
18:00 18.10.2026
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
17:57 18.10.2026
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
17:48 18.10.2026
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
17:46 18.10.2026
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
17:36 18.10.2026
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
17:24 18.10.2026
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Makronun istefası tələb olundu
17:13 18.10.2026
Makronun istefası tələb olundu
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək