Laçın sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər – VİDEO

Laçın sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər – VİDEO
SİYASƏT
16:05 11.06.2023
612
Laçın sərhəd-buraxılış məntəqəsi bazar günü də sabit iş rejimində fəaliyyətini davam etdirir.

Bunu Caliber.Az-ın yaydığı yeni videokadrlar sübut edir.

Bildirilir ki, 2023-cü il aprelin 23-də yaradılmış "Laçın” sərhəd-keçid məntəqəsi sutkada 24 saat, həftədə 7 gün fasiləsiz fəaliyyət göstərir ki, bu da buraxılış məntəqəsinin rejimini xeyli sadələşdirir.

Göründüyü kimi, sərhədi keçən Qarabağ bölgəsinin etnik ermənilərindən olan qadınlar, uşaqlar, kişilər qeydiyyat pəncərəsi qarşısında növbəyə düzülüblər. Yoxlama proseduru qarşılıqlı nəzakət mühitində keçir.

Qeyd olunur ki, sərhəd yoxlanışı zamanı heç bir mənfi hala rast gəlinməyib.
 
OXŞAR XƏBƏRLƏR