Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 vaksin vurulub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 31, ikinci doza üzrə 7 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 9 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfər təşkil edib.