Bir müddət öncə səhhətində problemlər yaranan türkiyəli teatr, kino, serial aktyoru, dramaturq və teatr rejissoru Yılmaz Qruda 93 yaşında dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yılmaz Qruda böyrək çatışmazlığı səbəbilə bir müddət Özəl Güngören Xəstəxanasında müalicə alırdı.
Bir çox kitabların müəllifi olan Y. Qruda son illərdə məşhur "Çukur”, "Hercai” kimi seriallarda rol alıb.
Şəbnəm