"Taliban"dan qadınlara daha bir QADAĞA

"Taliban"dan qadınlara daha bir QADAĞA
DÜNYA
15:21 28.08.2023
539
"Taliban" qadınların Əfqanıstanın ən məşhur milli parklarına getməsinin qarşısını almaq üçün təhlükəsizlik güclərindən istifadə edəcək.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Əxlaq Nazirliyi iddia edir ki, qadınlar mərkəzi Bamiyan əyalətindəki Band-e-Amirə gedərkən İslam qaydalarına uyğun hicab taxmırlar.

Nazir Məhəmməd Xalid Hənəfi bir müddət əvvəl əyalətə səfər edərək rəsmilərə və din xadimlərinə qadınların hicabı düzgün geyinmədiyini bildirib. Nazir asayiş keşikçilərindən qadınların turistik əraziyə gəlməsinin qarşısını almağı xahiş edib. 
 
Qeyd edək ki, keçən ilin noyabr ayında "Taliban" hökuməti hicabı düzgün geyinmədiyinə və ya gender ayrı-seçkiliyi qaydalarına əməl etmədiyinə görə qadınların ictimai yerlərdən, o cümlədən parklardan istifadəsini qadağan edib.

Bu sərt tədbirlər, əksəriyyəti müsəlman olan ölkələr də daxil olmaqla, beynəlxalq reaksiyaya səbəb olub.

Band-e-Amir Bamiyandakı əsas turistik yerdir. 2009-cu ildə ölkənin ilk milli parkı olub və hər il minlərlə ziyarətçi cəlb edir. Yerli insanlar və onların səyahət, restoran, otel və sənətkarlıq biznesi üçün mühüm gəlir mənbəyidir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR