Ərdoğan Anıtqəbiri ziyarət edib

Ərdoğan Anıtqəbiri ziyarət edib
DÜNYA
13:41 10.11.2023
144
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbiri ziyarət edib.
 
Onu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz və Prezident Administrasiyasının üzvləri müşayiət ediblər.

Xatırladaq ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 85 il ötür.

Atatürk 1881-ci ildə Selanikdə anadan olub.
Atatürk 1938-ci il noyabrın 10-da, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtqəbirə köçürülüb.
OXŞAR XƏBƏRLƏR