"Barselona"nın futbolçusu əməliyyat olunub

İDMAN
19:47 28.11.2023
263
İspaniya millisinin və "Barselona" klubunun futbolçusu Qavi əməliyyat olunub.

19 yaşlı yarımmüdafiəçi çarpaz bağındakı problemə görə cərrahi müdaxiləyə ehtiyac duyub.

Qavi Gürcüstana 3:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyununda zədələnmişdi.

AS nəşri oyunçunun təxminə 8-9 aydan sonra yaşıl meydanlara qayıda biləcəyini yazıb.

Qeyd edək ki, Qavi cari mövsüm "Barselona"da 15 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

OXŞAR XƏBƏRLƏR