Ceyhun Bayramov Belçikaya işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Belçikaya işgüzar səfərə yola düşüb
SOSİAL
21:33 10.12.2023
161

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov "Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər zamanı C.Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR