Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi
SİYASƏT
14:43 13.12.2023
231
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlik "X” platformasında yazıb.

"Pakistanda 23 əsgərin həlak olması ilə nəticələnən dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıdıb və kədərləndirib. Qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı veririk və həmrəyliyimizi bildiririk. Biz, terrorizmin bütün formalarını kəskin şəkildə pisləyirik”, - deyə XİN bəyan edib.
OXŞAR XƏBƏRLƏR