Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olundu

Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olundu
SOSİAL
19:20 21.12.2023
304
Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub.
 
AZXEBER.COM xəbər verir ki, Tural Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdir təyin edilib.
 
O, 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr, Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Tural Əliyev 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışır, dövlət qulluğunun baş müşaviridir.
OXŞAR XƏBƏRLƏR