2024-cü ildə bürcləri nə gözləyir? - VİDEO

VİDEO
15:08 26.12.2023
3407
Əjdaha kimi bir ilə keçid edirik. Bəs görəsən astrologiya Əjdaha ili olan 2024 haqqında nə deyir? 

AZXEBER.COM xəbər verir ki, bu il bir çox bürclər üçün bərəkətli il olacaq.  

Qoç 
Bürcü və yüksələn bürcü qoç olanlar. May ayına qədər olan müddət sizin üçün çox bərəkətlidir. İş və karyerada uğurlu olacaqsınız. Bu il həyatınızda çox köklü dəyişikliklər yaşaya bilərsiniz. Sağlamlığınıza ciddi diqqət göstərməli və özünüzü xəstəliklərdən qorumalısınız. Keçmişi bir tərəfə buraxmalı və indini yaşamağa fokuslanmalısınız. 

Buğa
 
İstisnasız bu ilin ən şanslı bürclərindən biri buğa bürcüdür. İlin ikinci yarısı maddi mövzularda uğurlu olacaqsınız. Bu il cüzi olaraq qurduğunuz dostluq münasibətləri ilə sınanacaqsınız. Bu il evlənən, iş quran və ya karyera sahibi olan bürclər arasında zirvəni buğa bürcü tutur. 

Əkizlər
 
Əkizlər may ayına qədər yaşam savaşında olacaqlar. Həyat onlar üçün sıxıcı olacaq və bəzən depressiv hala düşə biləcəklər. İş həyatında qarmaşıq durumlarla rastlaşa bilərsiniz. Maydan sonra isə şanslı dönəmləriniz başlayacaq. Tövsiyyə olunur ki, çətin dönəmləri inadlaşmadan keçəsiniz. 

Xərçəng
 
Xərçəng bürcünün nümayəndələri üçün də ilin ikinci yarısı uğurlu olacaq. Əsəblərinizə, sağlığınıza ciddi diqqət göstərməlisiniz. İstifadə etdiyiniz dərmanlara diqqət etməlisiniz. Həmçinin bu il xərçənglər başqa ölkəyə köçə bilər və başqa mühitə adaptasiya ola bilərlər.  

Şir
 
Bu il Şirlər üçün də uğurlu olacaq. May ayına qədər iş və karyera mövzularında çox şanslı olacaqsınız. Tövsiyyə olunur ki, bu il nə itirsəniz peşmançılığını çəkməyin. Çünki itirdiklərinizin qazanca dönüşəcəyi il olacaq. Bu il evlənib yuva da qura bilərsiniz. 

Qız
 
Bu il sizin həyatınızın dəyişəcəyi il olacaq. Bəzi uğursuzluqlarınız olsa belə, sonradan yaxşıki belə oldu deyəcəyiniz il olacaq. Baş verəcək tutulmaların sizə dərindən həm yaxşı, həm pis təsirləri olacaq. Ailə üzvləriniz və ya müdirlərinizlə inadlaşmamağı tövsiyyə edirik. İş yükünüz arta bilər. Yeni münasibətlərə başlaya və mövcud münasibətinizi bitirə bilərsiniz. Yaxşı olar ki, ilin ilk 5 ayını dəyərləndirəsiniz. 

Tərəzi
 
Bu bürc nümayəndələri üçün çox şanslı dönəm başlayır. Həm maddi, həm mənəvi mövzularda şans sizin tərəfdə olacaq. May ayından sonra isə şansınız daha da artacaq. Münasibətlərdə uğur qazanmaqla yanaşı,özünüzü daha da inkşaf etdirəcəyiniz il sizi gözləyir. Yaşamınızda zənginliklər artacaq. Qarşınıza çıxan fürsətləri dəyərləndirməyiniz tövsiyyə olunur. 

Əqrəb
 
2024-cü ildə Əqrəblərin üzləri güləcək. May ayına qədər özgüvən yüksəkliyi yaşayacaqlar. Eşq qapıları da bu il Əqrəblərin üzünə açıq olacaq. Evlənəcək bürclər sırasında ilk yeri əqrəblər tutur. Özəlliklə may ayına qədər möhtəşəm fürsətlərlə qarşılaşa bilərsiniz. Yanvar-fevral ayları arasında müəyyən qədər ailəvi problemlərlə üzləşsəniz belə bu problemlər qısa zamanda öz həllini tapacaq. 

Oxatan
 
Bu il sizin ilinizdir. İlin ilk 5 ayı iş və kariyera mövzusunda çox uğurlu olacaq. Maydan sonra isə sevgi mövzularında bəxtiniz gətirəcək. "Mən azadlığıma düşkünəm, belə xoşbəxtəm” deməyəcəyik. Və ən əsası bu il aşiq olma ehtimalınız yüksəkdir. Hətta bəzilərinizin  ruh əkizini tapacağı bir il olacaq.   
 
Oğlaq
Sizi oxatan bürcləri qədər sevindirə bilməyəcəm. Ailəvi mövzular bu il sizin üçün gündəmdə olacaq. İş həyatınızda da müəyyən dərəcə əziyyət çəkə bilərsiniz. May ayına qədər nisbətən şanslı dönəmləriniz olacaq. Bu müddət ərzində ev ala bilərsiniz, yeni bir iş sahibi ola bilərsiniz. Ancaq tövsiyyə olunur ki, iş qurmaq istəyəndə bunu yaxın çevrənizlə etməyəsiniz. Yollarınız ayrıla bilər. İşinizdən oslanız üzülməyin. Çünki ilin ikinci yarısında iş tapma şansınız yüksək olacaq.  
 
Dolça
Uğursuz dönəmlərinizin sonuna yaxınlaşırsınız. Bu il qarşınıza çıxan fürsətləri dəyərləndirə bilsəniz, iş həyatında və maddiyat mövzularında irəliləyə bilərsiniz. Fevral ayına qədər diqqətli olmağınız tövsiyyə olunur. İlin ikinci yarısında maddi mövzulara diqqət yetirin və çox pul xərcləməməyə özən göstərin. Həvəslə bilmədiyiniz işlərə başlamamağınız tövsiyyə olunur. 
 
Balıqlar
 
Həyatınızı sağlam təməllər üzrə qura biləcəyiniz dövr sizi gözləyir. Xüsusi olaraq ilin ilk iki ayı sağlamlıq mövzularına diqqət yetirməlisiniz. İlin ikinci yarısında ehtiyatlı olmalısınız. Həyatınızda ciddi dəyişikliklərlə rastlaşa bilərsiniz. Bu dönəm sizə yorucu gələ bilər. Sağlam münasibət qura bilmədiyiniz insanlarla yaxın olmamalısınız.  

Oksana
 

OXŞAR XƏBƏRLƏR