Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın
SOSİAL
23:59 02.01.2024
341
Bakı şəhərinin Nizami rayonunda yanğın baş verib.

AZXEBER.COM xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, 2 ədəd dolab, 1 ədəd televizor və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 6 m² sahədə və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR