Yaponiyada 6 bal gücündə zəlzələ oldu

Yaponiyada 6 bal gücündə zəlzələ oldu
DÜNYA
14:27 09.01.2024
142
Yaponiyanın şimal-qərbində 6 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın şimal-qərbində, Niiqata prefekturasının Sado adasında 6 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasına görə, yerli vaxtla saat 17:59-da ölkənin şimal-qərbindəki Sado adasının sahillərində baş verən 6 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
 
 Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb. Bildirilib ki, zəlzələ bütün Niiqata və Yamaqata, Toyama, Naqano və İşikava əyalətlərində hiss olunub.

Ayşən
OXŞAR XƏBƏRLƏR