Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi
MAQAZİN
15:16 29.01.2024
130
Məşhur italyan aktrisası Sandra Milo vəfat edib.
 
AZXEBER.COM xarici mıətbuata istinadən xəbər verir ki, əsl adı Salvatrice Elena Greo olan aktrisa  90 yaşında vəfat edib.
 
İtaliya kinosunun ən məşhur aktrisalarından biri olan Milo həm də "rejissorların sevimli aktrisası” kimi tanınırdı.
 
Qeyd edək ki, 1933-cü il martın 11-də anadan olan aktyor 1955-ci ildə Alberto Sordinin "Bakalavr" filmi ilə debüt edib.
 
İlk böyük rolunu 1959-cu ildə Roberto Rossellininin rejissoru olduğu General della Rovere filmində oynayıb.

Gülay


OXŞAR XƏBƏRLƏR