Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü

Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü
SOSİAL
10:48 20.02.2024
215
Ağdamda qəza olub, 39 yaşlı sürücü ölüb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, gecə saat 1 radələrində 1985-ci il təvəllüdlü Ağdam rayon icra hakimiyyəti başçısının Əlimədətli kənd inzibati ərazi nümayəndəsi işləyən Cabbarov Fərrux Nazim oğlu Xındırıstan kəndi istiqamətində "Lada Priora" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb.

Məlum olub ki, F.Cabbarov avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə edib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR