Məşhur futbolçu vəfat etdi

İDMAN
13:40 20.02.2024
169
Almaniya millisinin sabiq futbolçusu Andreas Brehme dünyasını dəyişib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya mediası məlumat verib. 

Bayern Munich-dən verilən açıqlamada bildirilib ki: 

"Brehmenin ani ölümü hamımızı sarsıtdı. Yaxınları və ailəsi ilə birlikdə yas saxlayırıq. O, həmişə FC Bayern ailəsinin bir parçası olacaq. Bundan əlavə dünya çempionu, ən əsası isə gözəl bir insan kimi xatırlayacağıq. Rahat yat, əziz Andi". 
 
Qeyd edək ki, Brehme 1990-cı ildə İtaliyada keçirilən Dünya Kubokunda penaltidən vurduğu qolla Almaniya yığmasına çempion olub. 
 
Milli ilə 86 beynəlxalq oyun keçirib və 8 qol vurub. 

 Oksana

OXŞAR XƏBƏRLƏR