Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək “fevral ayı” – Mikayıl Mirzəzadə yazır...

Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək “fevral ayı” – Mikayıl Mirzəzadə yazır...
KÖŞƏ
11:55 23.02.2024
196
Dünyada yaşayan milyonlarla azərbaycanlının habelə ölkəmizdə yaşayan vətəndaşlarımızın böyük həyəcan və təntənəylə gözlədiyi 7 fevral – növbədənkənar prezident seçkiləri cənab Prezident İlham Əliyevin qalib gəlməsiylə nəticələndi. Azərbaycan xalqının 92 faiz səsini qazanan dövlət başçısı yenidən inaqurasiya mərasimində iştirak edərək andını içdi və hələ 2003-cü ildən verdiyi vədləri sıra-sıra, uğurla yerinə yetirən ölkə başçısı bu dəfə də xalqa söz verdi. Bununla da Azərbaycanda müsbət dinamikalı yeni bir əsrin başlanğıcı qoyuldu. 

Məqalədə diqqəti çəkən "qızıl hərflər” ifadəsi sözün əsl mənasında Azərbaycanı fevral ayında bütün dünyaya tanıtdı. Eyni zamanda, Azərbaycan Prezidentinin növbəti dəfə seçkilərdə qalib gəlməsi düşmənlərimizə, bilavasitə ermənilərə göz dağı oldu. Prezidentin 21 il öncə and içmə mərasimində söylədiyi "Mən hər bir azərbaycanlının prezidentiyəm” deməsi ötən günlərdə Kamil Zeynallının Rusiyada azadlığa çıxmasına bariz nümunədir. Azərbaycan lideri öz sözlərində həmişə dünyada ədalət olmadığını, lakin uzun müddət çəksə də bunu özümüzün bərqərar etdiyini vurğulayıb.

Düşünürəm ki, 2024-cü ilin fevral ayının xüsusi tarix kimi təqvimə düşməsi birbaşa əvvəldə qeyd etdiklərimdən bəhrələnir.

Daha bir müqəddəs və möhtəşəm gün isə ötən gün gözümüzün işığı, rəqib tanımayan "Qarabağ”ımızın Avropa Liqasındakı çətin qalibiyyəti oldu.
Portuqaliyadakı unudulmaz qələbə, çətin və məsuliyyətli olsa da Azərbaycanda - Bakıda da baş tutdu.

Oyunun sonunda isə yalnız bir ifadə dilimizə gəldi. "Hər şey üçün sağ ol "QARABAĞ””, "Hər şey üçün təşəkkürlər, QURBAN QURBANOV!””
Artıq dünənki əzmli qələbədən sonra rahatlıqla deyə bilərik ki, bu vətən üçün, bu torpağın hər bir qarışı üçün savaşan mərd sərkərdələrimiz var.
Sözügedən şəxslər bizi həm hərb meydanında, həm də idman arenasında layiqincə qoruyur və təmsil edirlər.

Bəziləri 2020-ci ildə özünü qumbaranın qabağına verə-verə, əliyalın düşmənlə təktəbək, digərləri dırnaqları ilə uzaq ellər aşa-aşa müqəddəs yurdlarımızı xilas edərkən Allahın dərgahına yüksəldi. Bəziləri də bütün tənqidlərə, qəbuledilməz şüarlara rəğmən meydanlara çıxıb 120 dəqiqə top dalınca qaçaraq yaddaşlarda qaldı.

Bəzilərimiz şəhidlərimizlə birlikdə 3 min dəfə öldük, bəzilərimiz isə futbolda 10 nəfərlə hər dəfə dirildik. Amma sonda bütün çətinliklərə baxmayaraq həmin ədaləti, dürüstlüyü özümüz formalaşdırdıq. Unudulmaz şəhidlərimiz və futbolçularımız sayəsində...
OXŞAR XƏBƏRLƏR