Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
SOSİAL
09:42 02.04.2024
160
Bərdənin və paytaxtın Binəqədi rayonunun bir hissəsinin qaz təchizatı dayandırılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, "Bərdə" ölçü qovşağından qidalanan Divanlı kənd məktəbinin qaz xətlərinin şəbəkəyə qoşulması, həmçinin, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində "COP-29" Proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 02.04.2024-ci il tarixdə saat 10:00-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, eləcə də, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR