Əməkdar artist Yuri Omelçenko 48 yaşında vəfat edib.
Bu barədə teatrın feysbuk hesabında bildirilib.
"Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla dolsun!” - deyə, qeyd edilib.
Yuri Omelçenkonun ölüm səbəbi açıqlanmayıb. O Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru idi.