Türkiyənin İzmir vilayətində, Egey dənizində 4,5 maqnitudalı zəlzələ olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar 7 kilometr dərinlikdə yerləşib, ilk təkanın ardınca 3,7 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.