Nazirlər Kabinetindən YENİ QƏRAR

Nazirlər Kabinetindən YENİ QƏRAR
SOSİAL
23:34 25.05.2024
320

Nazirlər Kabineti "Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr”i təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, müstəqil ekspertlər aşağıdakı sahələr üzrə fəaliyyət göstərəcəklər:

- avtomobil nəqliyyatı sahəsi − bütün avtonəqliyyat vasitələri;

- dəmir yolu nəqliyyatı sahəsi − bütün dəmir yolu nəqliyyatı vasitələri;

- su nəqliyyatı sahəsi − bütün dəniz və daxili su nəqliyyatı vasitələri;

- hava nəqliyyatı sahəsi − bütün hava nəqliyyatı vasitələri;

- əmlak sahəsi – daşınmaz əmlak və bu sahələrdə qeyd olunan digər fəaliyyət sahələrinə aid olmayan daşınar əmlaklar;

- maliyyə sahəsi − kreditorların əmlak mənafeləri, əmlakın bazar qiymətinin düşməsi halında ondan istifadə və kommersiya fəaliyyətində baş verən fasilə ilə əlaqədar sığortalıların əmlak mənafeləri, habelə hüquqi xidmətlər və icraatların keçirilməsi ilə bağlı xərclər;

- mühəndislik sahəsi – dəzgah, avadanlıq, maşın və mexanizmlər, texniki qurğular, montaj və quraşdırma işləri, təmir və inşaat, elektron cihazlar;

- kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları sahəsi − bütün kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları;

- kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar sahəsi − bütün kənd təsərrüfatı heyvanları;

- akvakultura məhsulları sahəsi − akvakultura yolu ilə balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən akvakultura obyektləri.

OXŞAR XƏBƏRLƏR