Qusarda avtomobil piyadanı vuraraq öldürüb

Qusarda avtomobil piyadanı vuraraq öldürüb
SOSİAL
09:19 07.06.2024
111
Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Qeyd olunub ki, iyunun 6-sı saat 18:30 radələrində rayon sakini, Şənlik Qaziyev idarə etdiyi "İSUZU” markalı avtomobillə yolu keçən piyada, 2017-ci il təvəllüdlü rayon sakini Seymur Lətifovu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR