Respublika üzrə pensiyalar bu tarixdə ödəniləcək

İQTİSADİYYAT
15:59 10.06.2024
374
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 14-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə AZXEBER.COM-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Qeyd edək ki, respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılıb.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

OXŞAR XƏBƏRLƏR