Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlandı

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlandı
SOSİAL
11:21 11.06.2024
347
Azərbaycan məscidlərində iyunun 16-da Qurban bayramı namazı qılınacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında qeyd olunub.

Bildirilib ki, Qurbаn bаyrаmı iyunun 16-na təsadüf edəcək:

"Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər".
OXŞAR XƏBƏRLƏR