Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu
DÜNYA
22:25 16.06.2024
265
Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.

"Report” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Qurumun verilənlərinə əsasən, yerli vaxtla 20:24-də (Bakı vaxtı ilə 21:24) ölkənin Malatya şəhərinin Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın şimalında zəlzələ olmuşdu.
OXŞAR XƏBƏRLƏR