AVRO-2024-də bu gün: Hansı matçlar olacaq?

İDMAN
13:01 21.06.2024
166
Avropa Çempionatının 2-ci tur matçları davam edir.
 
Günün ilk matçı "Allianz arena"da C qrupunda mübarizə aparan Sloveniya və Serbiya yığmaları arasında olub. 
 
Matçda hesab 69-cu dəqiqədə açılıb. Yan Karniçnik adını tabloya yazdırıb. 90 + 5-ci dəqiqədə isə Luka Yoviç status-kvonu bərpa edib.
 
Sloveniya 1:1 Serbiya. Görüşün ən yaxşı oyunçusu isə Sloveniyanın heyətində yer alan Yan Karniçnik olub. C qrupunun 2-ci maraqlı qarşılaşması isə Danimarka və İngiltərə arasında baş tutub.
 
Matçda önə keçən tərəf ingilislər olub. 19-cu dəqiqədə Harri Keyn komandasını önə keçirib. Lakin təzyiqləri artıran Danimarka millisi istəyinə 34-cü dəqiqədə çatıb. Morten Yulman baxımlı qola imza atıb. Bundan sonra komandalar qarşlıqlı hücumlar qursalar da hesab dəyişməyib. Danimarka 1-1 İngiltərə. 
 
Qarşılaşmanın ən yaxşı oyunçusu isə 90 dəqiqə meydanda olan danimarkalı Piyer-Emil Hoyberq olub. Günün son qarşılaşması isə B qrupunda yer alan İspaniya və İtaliya seçmələri arasında olub.
 
Matçda hesab 55-ci dəqiqədə açılıb. Rikardo Kalafiori avtoqol müəllifi olub. İspaniya 1:0 İtaliya Matçın ən yaxşı oyunçusu isə buğaların heyətində yer alan Niko Uilyams seçilib.

Qeyd edək ki, turnir başlayan gündən futbolçuların öz qapılarına vurduqları qol sayı 5-ə çatıb. Həmin futbolçuları təqdim edirik.
1 Almaniya - Şotlandiya matçında Bundestimin heyətində yer alan Rüdiger
2. Avstriya - Fransa matçı (Vöber) 
3.Portuqaliya - Çexiya (HRANAC)
4. Xorvatiya - Albaniya (Gyqasula) qyasula həm də avropa çempionatlarının tarixində həm rəqib qapısına həm də öz qapısına qol vuran futbolçu kimi turnir tarixinə düşüb.
5. İspaniya - İtaliya (Kallafiori) 
İndi isə gəlin turnirin 8-ci günündə keçiriləcək matçlara nəzər salaq.

İ qrupu çərçivəsində "Düsseldorf arena"da Slovakiya və Ukrayna milliləri üz-üzə gələcək. Qarşılaşmaya saat 17:00-da start veriləcək.

D qrupunda isə Polşa və Avstriya yığmalrı qarşılaşacaq. Saat 20:00-da başlayacaq matç Berlin olimpiya stadionunda keçiriləcək.

Saat 23:00-da isə D qrupunun 2-turunun son qarşılaşmasında Niderland və Fransa seçmələri mübarizə aparacaq.
 
Matça Leypziq arenada start veriləcək.

Bugünlük bizdən bu qədər siz də hesab təxminlərinizi yazmağı unutmayın. 
 
Fərid Faiqoğlu
 

OXŞAR XƏBƏRLƏR