Aİ liderləri Ursula von der Leyenin ikinci müddətə Avropa Komissiyasının Prezidenti vəzifəsinə irəli sürməyə razılaşıblar.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə DPA agentliyi danışıqlar prosesindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildirib ki, qarşıdan gələn mühüm Aİ sammitindən əvvəl, AP-dəki vacib siyasi qrupların liderləri CDU (Xristian Demokratlar İttifaqı partiyası - red.) siyasətçisi Ursula von der Leyeni daha bir müddət üçün Aİ Komissiyasının sədri kimi dəstəkləyiblər.