Sahibkarlığın inkişafına və maliyyələşməsinə hər zaman dəstək olan Yelo Bank real sektorun inkişafı istiqamətində geniş imkanlar yaradır.
AZXEBER.COM xəbər verir ki, Bank Sahibkarlığın
İnkişafı Fondu (SİF) ilə əməkdaşlıq çərçivəsində illik 5% ilə başlayan biznes
kreditləri təklif edir. Fondun vəsaiti hesabına Yelo Bank-dan 10 milyon manatadək
biznes kreditini 60 ayadək ödəmə imkanı əldə etmək mümkündür. Əlavə olaraq,
kredit götürmüş sahibkarlar kredit müddətinin yarısınadək güzəşt müddətindən də
faydalana bilər.
Qeyd edək ki, Yelo Bank 2024-cü ilin ilk 5 ayı üzrə SİF vəsaitləri hesabına
verilən kreditlərin sayı və məbləğinə görə müvəkkil banklar arasında ilk 5-likdə
qərarlaşıb. Siz də biznesinizin parlaq inkişafı üçün kredit müraciətini istənilən
filiala yaxınlaşaraq və ya linkə keçərək edə bilərsiniz: https://bit.ly/4cPJlI7
SİF krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!