Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında qalib müəyyənləşib.
AZXEBER.COM xəbər verir ki, İspaniya milisi finalda qalib gələrək Avropa Çempionu olub.
Matçda İspaniyanın qollarını Niko Uilyams 47-ci dəqiqədə və Mikel Oyarzabal 87-ci dəquqədə vurub.
İngiltərə yığmasında Koul Palmer 73-cü dəqiqədə bərabərliyi təmin etsə də, sonda məğlub olub.
Qeyd edək ki, İspaniya millisi bu qələbəylə tarixində 4-cü dəfə Avropa Çempionu olub.