Şamaxıda toy zamanı kütləvi zəhərlənmənin səbəbi kimi evdə hazırlanan tort göstərilir.
Report-un Yuxarı Şirvan bürosuna Məlikçobanlı kənd icra nümayəndəsi Sənan Abdullayevin verdiyi məlumata əsasən, Ukraynanın Xarkov şəhərindən kəndə qonaq gələn ailə evdə qohumlar arasında yığıncaq təşkil ediblər.
Onun sözlərinə görə, bu zaman məclisdə qonaqlar üçün hazırlanan tort onların zəhərlənməsinə səbəb olub. S.Abdullayev bildirib ki, dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılan zəhərlənən qonaqlar həkim nəzarətinə götürülüb və müayinə olunublar.
Şamaxı rayon Mərkəzi xəstəxanasından isə "Report”a bildirilib ki, artıq bütün xəstələrə ilkin tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb.