İngiltərənin "Liverpul" klubu "Qalatasaray"ın hücumçusu Barış Alper Yılmazı transfer etmək istəyir.
AzxeberSport xəbər verir ki, İngiltərə klubu türkiyəli futbolçu üçün hazırlıqları sürətləndirib.
"Mersisaydlılar" Barışın transferini 30 milyon avroya başa çatdırmaq istəyir.
Qeyd edək ki, "Liverpul" Barış Alperin izində olan yeganə ingilis klubu deyil.
"Aston Villa", "Vest Hem" "Brayton" da futbolçunu heyətinə qatmaq istəyir.
Həmçinin Almaniyanın "Borussiya Dortmund" klubunun da futbolçu ilə maraqlandığı bildirilir.
Məryəm