Bu rayonlarda su olmayacaq

Bu rayonlarda su olmayacaq
SOSİAL
21:46 12.08.2024
235
Oğuz - Qəbələ xəttində qəza ilə əlaqədar Alatava, Badamdar, Şimal, Şərq, Balaxanı, Qala, Zirə su anbarlarının həcmində azalma olacaq. 

AZXEBER.COM xəbər verir ki, bu səbəbdən  Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər,  Suraxanı, Ramanı, Pirallahı rayonlarının bir hissəsinin su təchizatında fasilələr yaranacaq.

Suyun verilmə rejimində dəyişiklik ediləcək. Səhər suyun verilməsi bir saat gec başlanılacaq, axşam, iki saat tez dayandırılacaq. 

Qəzanın aradan qaldırılması məqsədilə geniş işlər aparılır.
OXŞAR XƏBƏRLƏR