Xorvat futbolçu bu klubla müqaviləsini ləğv etdi

İDMAN
20:57 14.08.2024
214
Xorvatiya millisinin futbolçusu İvan Perişiç "Hayduk"la müqaviləsini ləğv edib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, buna təcrübəli yarımmüdafiəçinin baş məşqçi Cennaro Qattuzo ilə münaqişəsi səbəb olub.

35 yaşlı futbolçu qeyri-müəyyən müddətə kollektiv məşqlərdən kənarlaşdırıldığı üçün klubla müqaviləni ləğv etmək qərarına gəlib.

Qeyd edək ki, "İnter" (İtaliya), "Bavariya" (Almaniya), "Tottenhem" (İngiltərə) kimi klublarda da forma geyinmiş İ.Perişiç bu mövsüm Xorvatiya təmsilçisinin heyətində cəmi 4 oyun keçirib.

 

OXŞAR XƏBƏRLƏR