Sabah Bakının bu rayonunda qaz olmayacaq

Sabah Bakının bu rayonunda qaz olmayacaq
SOSİAL
21:28 15.08.2024
195
"Alatava” QPS-də yeni quraşdırılmış kollektora  "Mikrorayon 500 mm-lik” əhali qaz kəmərinin birləşdirilməsi məqsədi ilə 16.08.2024-cü il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək "Mikrorayon” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Bu barədə AZXEBER.COM-a "Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Nəsimi rayonunun 20 Yanvar, Asəf Məhərrəmov, Mircəlal, Eldar Tağızadə küçələrinin və Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır.
OXŞAR XƏBƏRLƏR