Qəzzada daha bir jurnalist həlak oldu

Qəzzada daha bir jurnalist həlak oldu
DÜNYA
13:08 28.08.2024
162
Qəzza zolağında öldürülən jurnalistlərin sayı 172-yə yüksəlib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisindən Qəzza zolağında İsrailin hücumları nəticəsində həlak olan jurnalistlərlə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzzada həyata keçirdiyi hücumlarda "Menazil Media Şirkət"ində çalışan jurnalist Muhammed Abdulfettah Abdurabbu-nun həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayının 172-yə yüksəldiyi bildirilib.

Gülay
OXŞAR XƏBƏRLƏR