Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
SOSİAL
21:22 03.09.2024
224
Sabah Masallının 4 yaşayış məntəqəsində qaz kəsiləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Boradigah qəsəbəsində 2024-2025-ci illər Payız-qış tədbirlər planına uyğun olaraq ŞQTM-200 tipli qaz tənzimləyicinin quraşdırılması üçün Boradigah qəsəbəsi, Bədəlan, Babaser və Türkoba kəndinin bir hissəsi olmaqla ümumilikdə 4500 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
OXŞAR XƏBƏRLƏR