Bakının bu qəsəbəsində su olmayacaq

Bakının bu qəsəbəsində su olmayacaq
SOSİAL
14:49 04.09.2024
293
Sentyabrın 6-sı saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.

Bu barədə AZXEBER.COM-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi ilə əlaqədardır.
OXŞAR XƏBƏRLƏR